Paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
“İki sahil” xəbər verir ki, məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir. 3-5 iyul tarixlərində isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək.
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb