İyulun 1-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 53, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.