Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı tərəfindən ərazi partiya təşkilatının sədri Malik Şükürovun 50 illik yubileyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Malik Şükürovun uzun illər ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, təşkilati işlərdə səmərəli fəaliyyəti ilə seçildiyini vurğulayıb. O, yubilyarı əlamətdar gün münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Malik Şükürov göstərilən diqqət və xoş münasibətə görə minnətdarlığını ifadə edib.
Sonda yubilyara Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı tərəfindən qiymətli hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib