Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
“İki sahil” xəbər verir ki, cari ilin 5 ayı ərzində bu kateqoriyadan olan daha 444 şəxs işlə təmin edilib, 6 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Eyni zamanda, həmin şəxslər əmək bazarının tələblərinə uyğun şəkildə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Yanvar-may ayları ərzində 28 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub. Hazırlıq kurslarını uğurla bitirənlərin müvafiq sahələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib