Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir.
“İki sahil” xəbər verir ki, bu fikir, Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşımında yer alıb.
"23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir. Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib