Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Müasir müstəqil Azərbaycan dövlətinin güclənməsi, regional və qlobal miqyasda mühüm layihələrin icraçısına çevrilməsi birbaşa olaraq idarəetmə institutlarının səmərəli işindən və dövlət qulluqçularının peşəkarlıq səviyyəsindən asılıdır. Məhz bu səbəbdən ölkəmizdə dövlət qulluğu, sadəcə, bir peşə sahəsi deyil, eyni zamanda, milli maraqlara və dövlətçilik ideallarına xidmət edən şərəfli bir missiya olaraq qəbul edilir.
“İki sahil” xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib