Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında mayın əvvəlindən bəri vəba xəstəliyindən azı 37 ölüm və 3 000-dən çox yoluxma qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Punch" qəzeti ştatın səhiyyə qurumlarına istinadən məlumat yayıb.
Bildirilir ki, hazırkı yoluxma dalğası ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət kimi qiymətləndirilir və təcili tədbirlər tələb edir. Nigeriya Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik Borno ştatının 36 bölgəsini əhatə edib.
Ən çox yoluxma halı ştatın inzibati mərkəzi olan Mayduquri şəhərində qeydə alınıb və ümumi halların yarısından çoxu bu əraziyə aiddir.
Nigeriya beynəlxalq tərəfdaşlarla birlikdə su təchizatı, kanalizasiya və gigiyena sistemlərini gücləndirmək üçün resurslar toplayır, həmçinin yoluxma mərkəzlərində xəstələrin qəbulu üçün hazırlıqları artırır.
Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər
Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib