04 noyabr 2026 16:06
117

Tbilisi və Brüssel arasında yeni qarşıdurma

Avropa İttifaqı gələcəkdə mitinqlərdə hüquq pozuntusu törədən şəxsləri məsuliyyətdən azad etmək üçün Gürcüstandakı məhkəmələr üzərində nəzarət bərqərar etməyə çalışır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Buna qədər Gürcüstan KİV-ləri Avropa Komissiyasının məruzəsini yayıb. Sənəddə xüsusilə qeyd olunur ki, Gürcüstan hakimiyyəti beynəlxalq ekspertlərin həlledici rolu ilə ümumi məhkəmələrə, həmçinin Gürcüstanın Ədliyyə Ali Şurasına hakimlər təyin etməli və namizədlərin dürüstlüyünü yoxlamalıdır.

"Onlar Gürcüstanda məhkəmə hakimiyyətinə birbaşa təsir göstərmək istəyirlər. Bunun üçün tələb edirlər ki, Gürcüstanda hakimlər Konstitusiyamıza və Gürcü xalqının iradəsinə uyğun olaraq deyil, əcnəbilər tərəfindən təyin edilsin. Yəni Rasa Yuknyaviçene kimi şəxslər bizə hakimlər təyin etməlidirlər. Bunu nə üçün istəyirlər? Ona görə ki, gələcəkdə mitinqlərdə zorakılıq edən heç bir şəxs etdiklərinə görə cavab verməsin, çünki Brüssel Gürcüstan ədalət mühakiməsini ələ keçirən kimi zorakılıq edənlərin heç birini məhkum etməyəcək və hamısına bəraət verəcək", — deyə Papuaşvili bildirib.