Avropa İttifaqı və Kanada Ukraynaya əlavə maliyyə yardımının ayrılması ilə bağlı vədlərdə qarışıqlıqla üzləşiblər - Ottava 500 milyon avro ayrılacağını bəyan etsə də, Brüssel bu vəsaitin nə pulu olduğunu və haraya yönəldiləcəyini anlamayıb və "Kanadadan daha çox şey gözləyir".
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşrinin Avropa bürosu məlumat yayıb.
Nəşr xatırladıb ki, Aİ oktyabrın 15-16-da keçirilən sammitdən bəri 2026 və 2027-ci illər üçün nəzərdə tutulmuş 90 milyard avroluq Avropa proqramından əlavə Ukraynanı maliyyələşdirmək üçün öz müttəfiqlərindən — Kanada, Böyük Britaniya, Norveç və Yaponiyadan əlavə vəsait axtarır. Avropa Komissiyası bu proqramın Kiyevin hərbi ehtiyaclarının üçdə ikisini qarşılayacağını, müttəfiqlərin isə daha 45 milyard avro təmin etməli olduğunu gözləyirdi.
Kanadanın Baş naziri Mark Karni Ukraynaya 500 milyon avro məbləğində dəstək verəcəyini vəd edərək avropalı rəsmiləri çıxılmaz vəziyyətə salıb. "Söhbət eyni puldan getmir", — deyə "Politico" bir Avropa rəsmisinin sözlərini sitat gətirərək izah edir ki, Kanadanın töhfəsi Aİ-nin 90 milyard avroluq proqramına daxil edilməməli, əksinə onu tamamlamalıdır.
"Politico" qeyd edir ki, Kanadanın vəd etdiyi 500 milyon avro Brüssel üçün yaxşı bir başlangıcdır, lakin Aİ Kanadadan daha çox şey, habelə Böyük Britaniya, Norveç və Yaponiyanın da prosesdə iştirakını gözləyir.
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
1932-ci ildən bəri ilk dəfə olaraq demokrat namizəd Kanzas ştatından Senata seçilib