Qazaxıstanda dəmir yolunda baqajın rəsmiləşdirilməsinin və müşayiətinin rəqəmsallaşdırılması üzrə pilot layihə sınaqdan keçirilir.
“İki sahil” “Qazaxıstan Temir Jolı” Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, layihə “Nurlı Jol – Almatı-2” marşrutu üzrə hərəkət edən 9/10 nömrəli qatarda həyata keçirilir və “Nurlı Jol”, “Karaqanda” və “Almatı-2” stansiyalarının baqaj şöbələrini əhatə edir.
Yeni sistem marşrut üzrə göndərişin rəsmiləşdirilməsindən baqajın müşayiətinədək vahid rəqəmsal idarəetmə dövrünü təmin edir. Platforma əməliyyatların şəffaflığının artırılmasına, uçotun sadələşdirilməsinə və insan amilinin minimuma endirilməsinə yönəlib.
Bu həll “Astana IT University” universitetinin tələbələri tərəfindən ikili təhsil proqramı çərçivəsində hazırlanıb. Gələcəkdə “Sərnişin daşımaları” Səhmdar Cəmiyyəti bu sistemi mərhələli şəkildə bütün baqaj şöbələrində tətbiq etməyi planlaşdırır.
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
"Politico": Aİ Kiyevin maliyyələşdirilməsi üçün Kanadadan daha böyük kömək gözləyir