30 may 2026 13:13
110

Münhen Hava Limanında dron həyacanı

Almaniyadakı Münhen Hava Limanı ərazidə dron aşkar edildikdən sonra bağlanıb.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, Münhen Hava Limanı ətrafında dron aşkarlanması səbəbindən uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Dron aşkarlanmasından sonra hava limanının hər iki uçuş-enmə zolağında uçuş və enişlər saat 09:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Qərar nəticəsində uçuş və taksi əməliyyatlarının dayandırıldığı bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”