30 may 2026 11:11
110

İrana qarşı tətbiq edilən məhdudiyyətlər tədricən aradan qaldırılacaq - Bessent

ABŞ-nin Maliyyə Naziri Skott Bessent İrana qarşı tətbiq edilən məhdudiyyətlərin tədricən aradan qaldırılacağını bildirib.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, Reyqan Milli İqtisadi Forumundakı çıxışı zamanı İranın blokadası ilə bağlı suala Bessent belə cavab verib: "Tətbiq edilən bütün məhdudiyyətlər yavaş-yavaş ləğv ediləcək".

O, həmçinin ABŞ hakimiyyət orqanlarının Prezident Donald Trampın İslam Respublikasına qarşı iqtisadi kampaniyasının bir hissəsi olaraq İran kriptovalyutasının 1 milyard dollarlıq aktivlərini müsadirə etdiyini bildirib.