Bu gün yeni mövsüm üçün Azərbaycan 2-ci liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionunda keçirilən qarşılaşmanı Rəşad Əhmədov idarə edib. Matç "Ağstafa Gəncləri"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, sözügedən komanda növbəti mövsüm üçün 2-ci liqadakı yerini qoruyub.
Qeyd edək ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.
29 may (cümə)
2-ci liqa uğrunda pley-off oyunu
16:00. "Biləsuvar" 0–3 "Ağstafa Gəncləri"
Qollar: Ə.Bağırov, 9, A.Tağıyev, 45+2, E.Hüseynov, 47
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu