20 dekabr 2016 16:37
369

Milli futbolçuyla avtobus sürücüsü arasında DAVA

Türkiyə mətbuatında hadisə anının videogörüntüləri yayılıb

Türkiyə millisinin və Çinin "Beyzin Qoan" klubunun hücumçusu Burak Yılmazın ölkəsində avtobus sürücüsünə hücum etməsi barədə məlumat vermişdik.

31 yaşlı forvard avtomobilini avtobus dayanacağında saxladığından dayanacaqdan adam götürə bilməyən avtobus sürücülərindən biri ona irad bildirmiş, sürücünün bu hərəkətindən xoşu gəlməyən Burak isə onun üstünə şığımışdı. Türkiyə mətbuatında hadisə anının videogörüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik.