16 dekabr 2016 16:25
587

Ev yiyəsini dəhşətə salan kamera görüntüləri

Ekranda bir cüt parlayan göz görüb.

San-Fransiskonun cənubunda evinin bağçasından səs eşidən ev sahibi baş verənləri anlamaq üçün kameraya baxıb. Ekranda bir cüt parlayan göz görüb. Nə olduğunu anlamaq üçün bağın işıqlarını yandıran ev sahibi gördüyü görüntülər qarşısında qorxuya düşüb.

Bağda gəzişən dağ aslanın videosu yutuba yerləşdirilib.

Videoda dağ aslanın evin həyətində dolaşdığını görən ev yiyəsinin diqqətini yerdəki bir şey cəlb edir. Diqqətlə baxdıqda aslanın yanında maralın yerdə uzandığı görünür.
 
İşığın yanmasından narahat olan aslan maralı boynundan dişləyərək hadisə yerindən uzaqlaşır.