02 aprel 2026 16:11
121

TKTA təhsildə keyfiyyəti RƏQƏMSAL TEXNOLOGİYALARLA ÖLÇÜR

Təhsildə Keyfiyyət Təminatı Agentliy (TKTA) son illərdə qiymətləndirmə və monitorinq proseslərini daha çevik və şəffaf etmək məqsədilə rəqəmsal həllərin tətbiqini genişləndirib. Akkreditasiya qiymətləndirməsi zamanı akademik heyət və təhsilalanlarla sorğular keçirilir. Bu sorğular “Google platforması” vasitəsilə anonim şəkildə keçirilir. Toplanan məlumatlar əvvəlcə Microsoft Excel proqramı vasitəsilə kateqoriyalar üzrə qruplaşdırılır və ilkin statistik göstəricilər hazırlanır. Daha sonra məlumatlar Power BI platformasına inteqrasiya edilərək vizuallaşdırılır.

Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil”ə müsahibəsində bildirib.

Tural Əhmədovun sözlərinə görə, akkreditasiya qiymətləndirməsi zamanı toplanan məlumatlar data bazalarda saxlanılır və nəticələr data analitikası vasitəsilə müqayisəli şəkildə qiymətləndirilir. Bundan başqa, Agentliyin müvafiq şöbəsi tərəfindən müntəzəm olaraq, müxtəlif ölkələrdən əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların rəqəmsal təhlili aparılır, illər üzrə göstəricilər, tanınma və imtina qərarlarının müqayisəli şəkildə təhlili həyata keçirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”