ABŞ-da qar - 1400 təyyarə reysi ləğv edilib
ABŞ-da soyuq hava və qar fırtınasına görə Çikaqoda təxminən 1400 uçuş ləğv edilib.
İlinoys, Iowa, Miçiqan, Minnesota, Cənubi Dakota və Viskonsin şatatlarında şənbə günü axşamdan bəri soyuq hava və qar, ölkədə həyatı iflic edib.
Çikaqoda qar qalınlığı 30 santimetrə çatıb. Amerika Milli Hava Xidməti, vətəndaşları soyuq hava və qar yağışı mövzusunda tədbir almaq üçün xəbərdarlıq edib.