Şahzadə Harri təsisçilərindən biri olduğu “Sentebale” xeyriyyə təşkilatı tərəfindən böhtan ittihamı ilə məhkəməyə verilib.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, Afrika ölkələrində gənclərə dəstək göstərən təşkilat martın 24-də iddia qaldırıb. Məhkəmə sənədlərində Şahzadə Harri ilə yanaşı, təşkilatın keçmiş qəyyumlarından biri olan Mark Dayer də cavabdeh qismində göstərilir. İş üzrə əlavə sənədlər və ya detallar hələlik açıqlanmayıb.
Şahzadə Harri ötən il təşkilatdan ayrılıb. Bu addım təşkilatın idarə olunması ilə bağlı yaranmış mübahisə fonunda atılıb və tərəflər arasında gərginliklə müşayiət olunub. Mübahisə təşkilatın sədri Sofi Çandauka ilə fikir ayrılıqları səbəbindən yaranıb.
“Sentebale” Botsvana və Lesotoda fəaliyyət göstərərək xüsusilə HİV və QİÇS-dən əziyyət çəkən gənclərin sağlamlığı və rifahının yaxşılaşdırılmasına dəstək verir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir