Pakistanın paytaxtı İslamabadda məscidlərdən birində partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, partlayış Xədicətul Kübra məscidində cümə namazı zamanı baş verib.
Xilasetmə xidmətləri hadisə yerindədir. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 34-cü ildönümü qeyd olunub