06 fevral 2026 12:03
105

İran bu raketini döyüş vəziyyətinə gətirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2 min km mənzilli “Xürrəmşəhr-4” müasir ballistik raketini döyüş hazırlığı vəziyyətinə gətirib.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Məlumata görə, raket SEPAH-ın yeraltı bazalarının birində döyüş vəziyyətinə gətirilib və həmin bazanın açılışı fevralın 4-də baş tutub.

Bildirilib ki, raketin ümumi uzunluğu 13 metr, diametri 1.5 metr, başlanğıc kütləsi təxminən 30 tondur.

Qiymətləndirmələrə görə, raket bir tondan çox partlayıcı maddə daşıya bilir və bu da onu İranın hazırladığı ən güclü və ən böyük döyüş başlıqlı raketlərdən birinə çevirir.