Qusar Rayon Mərkəzi Xəstəxanasına gələn icra başçısı xəstəxananın inzibati binası və şöbələrində olmuşdur.
Bu barədə "İki sahil"in Şimal bürosuna xəstəxanadan verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində və xəstəxananın akt zalında təmirə ehtiyac yarandığından təmir-bərpa işlərinə başlanılmış və qısa müddət ərzində həmin işlər uğurla yekunlaşdırılmışdır.
Aparılan təmir-bərpa işləri ilə yaxından tanış olmaq məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Rayon Mərkəzi Xəstəxanasına səfər etmişdir. O, görülmüş işlərlə yerində tanış olmuş, xəstəxana rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
İcra başçısı müalicə müəssisəsində həmçinin müayinə gələn və müalicə alan vətəndaşlarla və tibb personalı ilə görüşərək, səmimi söhbətləşib.
Aydın Adıgözəlov,
Qusar, "İki sahil"in Şimal bürosundan
Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir
Dünyada hər beş pərakəndə satış şirkətindən biri kiberhücumlar nəticəsində məlumatlarını itirib
Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq