Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan 32 yaşlı qadın hamiləlik dövründə sürətlə kökəlməyə başlayıb və övladı dünyaya gəldikdən sonra aldığı artıq çəkilərdən heç cür xilas ola bilməyib. Kökəlməsi ailəsində problemlərə yol açıb. Hətta iş o yerə çatıb ki, həyat yoldaşı məclislərə gedərkən utandığından onu özü ilə aparmayıb, mütəmadi olaraq, “köksən, çirkinsən” deyərək təhqir edib. Bütün bunlardan təngə gələn gənc qadın arıqlmağı qarşısına məqsəd qoyub və pəhriz sayəsində 127 kilodan 67 kiloqrama düşüb.
Alvina Rayne bu qədər dəyişməyi ilə ətrafda olan hər kəsi təəccübləndirməyi bacardı. Lakin qadının arıqladıqdan sonra ilk işi onu xarici görünüşünə görə təhqir edən ərini tərk etmək olub.