Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda evdə qaz balonunun partlaması nəticəsində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənənlərdən ikisinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi hələ məlum deyil.