ABŞ prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Donald Tramp Ədliyyə Nazirliyində çıxışı zamanı deyib.
“Verdiyim göstərişə əsasən, baş prokuror federal səviyyədə çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməlidir”, - deyə ABŞ prezidenti bildirib.
“Jürilər belə bir qərar qəbul etdikdən sonra ölüm hökmünün icrası sürətli və qaçılmaz olacaq”, - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, onun göstərişinə əsasən, ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayan şəxsləri qətlə yetirməkdə və ya zorlamaqda təqsirli bilinən şəxslərə, eləcə də “qurbanlarını öldürən insan alverçilərinə” qarşı ölüm hökmünün tətbiqinə nail olmalıdır.