BƏƏ Müdafiə Nazirliyi Yəməndə terrorizmlə mübarizə üzrə ixtisaslaşmış qruplarının fəaliyyətini dayandırır.
“İki sahil” xəbər verir ki, bu barədə ərəb KİV nazirliyin bəyanatına istinadən məlumat yayıb.
"Qərar BƏƏ-nin şəxsi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə və beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində öz təşəbbüsü ilə qəbul edilib", – açıqlamada bildirilir.
Qeyd olunur ki, BƏƏ 2015-ci ildən etibarən Yəməndə legitim hakimiyyətin dəstəklənməsi, terrorçu təşkilatlarla mübarizə və regionda sabitliyin təmin olunması məqsədilə Ərəb koalisiyasının fəaliyyətində iştirak edib. BƏƏ Silahlı Qüvvələrinin əsas hərbi iştirakı 2019-cu ildə bütün tapşırıqların yerinə yetirilməsindən sonra başa çatıb, bundan sonrakı iştirak isə yalnız terrorizmlə mübarizə qrupları ilə məhdudlaşıb.
Müdafiə Nazirliyi vurğulayıb ki, bu qərar mövcud mərhələ nəzərə alınaraq qəbul edilib və BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsi üzrə öhdəliklərinə uyğundur.
ABŞ Suriyada keçirilən əməliyyatlar zamanı İŞİD-in 300-dən çox silahlısını saxlayıb