23 dekabr 2025 23:27
90

Liviya Baş Qərargah rəisinin içində olduğu təyyarə ilə əlaqə itdi

Ankara Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” tipli biznes təyyarəsi radarlardan itib.

“İki sahil” “Haberglobal”a  istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra nəzarətdən çıxıb.

Bildirilir ki, həmin vaxt hava limanı yaxınlığında partlayış səsinə bənzər güclü səs eşidilib.

Məlumata görə, təyyarədə Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad olub.

O, bu gün Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun rəsmi dəvəti ilə Ankaraya səfər etmişdi.

Təyyarənin göyərtəsində sərnişinlərin olub-olmadığı hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.