“Mənim imzamla federal hökumət normal fəaliyyətini bərpa edəcək və administrasiyam və Konqresdəki tərəfdaşlarımız yaşayış xərclərini azaltmaq, ictimai təhlükəsizliyi bərpa etmək və Amerikanı bütün amerikalılar üçün yenidən əlçatan etmək üçün işimizi davam etdirəcəklər”.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp hökumətin maliyyələşməsinə dair qanunu imzalama mərasimində deyib. O, Demokratlar Partiyasına görə 43 gün davam edən şatdaun nəticəsində ölkəyə böyük ziyan dəydiyini deyib.
“Onlar 20 min uçuşun ləğv edilməsinə və ya təxirə salınmasına səbəb olublar. Bir milyondan çox dövlət işçisini maaşlarından məhrum ediblər və milyonlarla ehtiyacı olan amerikalıların ərzaq müavinətlərini kəsiblər”, - deyə Tramp əlavə edib.
O şatdaunun bir daha heç zaman baş verməyəcəyinə ümid etdiyini deyib.