30 oktyabr 2026 10:10
109

"El Pais": İspaniyadakı dəmir yolu qəzası seçki kampaniyasının gedişinə təsir göstərə bilər

İspaniyanın Toledo əyalətində azı 69 nəfərin həyatına son qoyan dəmir yolu qəzası seçki yarışının qızğın vaxtında krallıq hökumətini son dərəcə əlverişsiz siyasi vəziyyətə salıb və prosesin gedişinə ciddi təsir göstərə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazır.

Nəşr qeyd edir ki, qatarların toqquşması seçkiqabağı dövrdə "siyasi səhnəni lərzəyə gətirib". Bütün siyasi qüvvələrin liderləri etiraf edirlər: bu faciədən sonra hər şey fərqli olacaq. Baş verənlərə reaksiya vermək üçün indi onlar öz strategiyalarını və gündəliklərini yenidən nəzərdən keçirməyə məcburdurlar.

Qəzetin qiymətləndirməsinə görə, hakim qüvvələr son dərəcə əlverişsiz mövqeyə düşüblər. "Dəmir yolu şəbəkəsinə görə əsas məsuliyyəti daşıyan hökumət şokdadır: faciə onu seçki kampaniyası zamanı mümkün olan ən pis siyasi vəziyyətə salıb. Hakimiyyət orqanları qəzanın konkret təfərrüatlarına istinad edərək insan amilinə birbaşa diqqət çəksələr də, yaxşı başa düşürlər ki, Xalq Partiyası və "Voks" partiyası, ehtimal ki, İspaniyada xaosa hakim olduğu barədə öz tezislərini möhkəmləndirmək üçün bu faciədən istifadə etməyə çalışacaqlar", — nəşr vurğulayır.