30 oktyabr 2026 10:05
114

Avropa İttifaqı müdafiə planlarını həyata keçirməkdə çətinlik çəkir

Avstriya müdafiə nazirinin müavini Arnold Kammel Avropa İttifaqının müdafiə təşəbbüslərinə yanaşmasını tənqid edərək, Brüsselin "iddialı sərlövhələrlə" kifayətlənməyə meylli olduğunu bildirib. O, bu rəyini Brüsseldə keçirilən Avropa Müdafiə və Təhlükəsizlik Konfransı çərçivəsində dile gətirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Rapporteur" portalı məlumat yayıb.

Kammelin sözlərinə görə, Brüssel nəzərdə tutulan planları həyata keçirmək əvəzinə yalnız "iddialı sərlövhələrlə" kifayətlənir. O, həmçinin qeyd edib ki, Aİ haqqında müqavilənin qarşılıqlı müdafiə maddəsinin praktiki tətbiqi müzakirə olunarkən konkret ssenariyə bağlanmaq deyil, daha çevik yanaşmaya riayət etmək lazımdır.

Nəşrin qeyd etdiyinə görə, bu tənqid Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropa Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı son çağırışları fonunda səslənib.