İlon Mask "Binance" kriptovalyuta birjasının haker hücumuna məruz qalması xəbərinə "sıfırıncı gün" (zero-day) sözləri ilə reaksiya verib.
“İki sahil” xəbər verir ki, o, "Hər gün sıfırıncı gündür", — deyə "X" sosial şəbəkəsində yazıb.

İnformasiya təhlükəsizliyi sahəsində "sıfırıncı gün" proqram təminatında, əməliyyat sistemində və ya avadanlıqda tərtibatçılara hələ məlum olmayan, aradan qaldırılmamış zəiflik adlanır.
Daha əvvəl "Binance" kriptovalyuta birjasının keçmiş direktoru Çanpən Çjao platformanın hakerlər tərəfindən yarılmış ola biləcəyini bəyan etmişdi. Platforma rəhbərliyinin məlumatına görə, "təhlükəsizlik insidenti" nəticəsində "Binance" kriptovalyuta birjasının itkiləri 6,3 milyard dollar təşkil edə bilər.
"El Pais": İspaniyadakı dəmir yolu qəzası seçki kampaniyasının gedişinə təsir göstərə bilər
"Reuters": ABŞ Baltikyanı ölkələri Rusiyaya qarşı ritorikanı yumşaltmağa çağırıb