Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb.
“Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər saat 9 radələrində qar uçqunu baş vermiş əraziyə gəlib. Onların vəziyyəti naməlum olaraq qalır”, - deyə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.
Polisin məlumatına görə, axtarış-xilasetmə işləri davam edir. İtkin düşən alpinistlərin və bələdçilərin axtarışı üçün əraziyə helikopterlər göndərilib.
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
"Politico": Aİ Kiyevin maliyyələşdirilməsi üçün Kanadadan daha böyük kömək gözləyir
1932-ci ildən bəri ilk dəfə olaraq demokrat namizəd Kanzas ştatından Senata seçilib