15 oktyabr 2025 12:00
136

Bu il Azərbaycanda qadın sahibkarların sayı 7 % artıb

2025-ci ilin altı ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub.

“İki sahil” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov "Türk dünyasında qadınların gücü" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da ötən illə müqayisədə təxminən 7 % artım deməkdir: "2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə məşğul əhalinin 48 %-ni qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 %-dən çoxu qadındır. 2024-cü ildə təsisçisi qadın olan 2 800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da Azərbaycanda qadın sahibkarlığının inkişaf etdiyini və bundan sonra da inkişaf edəcəyini göstərir".