08 noyabr 2016 22:35
299

ABŞ-da ilk səsvermə məntəqələri açılıb

ABŞ-da prezident seçkiləri ilə bağlı keçirilən səsvermənin nəticələri üzrə növbəti dörd il müddətinə Ağ ev sahibinin demokratların namizədi Hillari Klinton yoxsa respublikaçı Donald Tramp olacağı bilinəcək.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın qərb ştatında seçki məntəqələrinin açılış vaxtı ştat rəhbərliyinin özü tərəfindən təyin edilir. Vaxtın təyin edilmədiyi ştatlar da mövcuddur, misal üçün, Oreqon və Vaşinqton. Bu ştatlarda səsvermə əsasən vaxtından əvvəl və poçt üzrə keçirilir.

Şimali Amerikanın şərqində səhər sübh çağıdır. Nyu-Hempşir hələ gecə səs verib. Hazırda ölkənin şərq sahillərindəki digər ştatlarda, xüsusilə Nyu-Yorkda seçki məntəqələri açılır. Bu ştatda səsvermə ən uzunmüddətli səsvermələrdən biri olacaq. Məntəqələr yerli vaxtla saat 21:00-da bağlanılacaq.