11 aprel 2026 01:44
122

Media: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər

Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Al Hadath" məlumat yayıb.

Telekanalın məlumatına görə, atəşkəs razılaşması şənbə günü, aprelin 11-də qüvvəyə minə bilər.

Qeyd olunur ki, atəşkəsin mümkün elanı ABŞ-nin vasitəçiliyi ilə aprelin 14-də Vaşinqtonda Livan və İsrail arasında münaqişənin nizamlanmasına dair planlaşdırılan ikitərəfli danışıqlar ərəfəsində xoşməramlı jest kimi nəzərdən keçirilir.