07 noyabr 2016 20:19
373

Bu mahnı rekord qırır

Bu mahnı rekord qırır - Cəmi 45 saniyədir...

Gülməli olsun deyə video çəkdi, dünya rekordu qırdı.

Söhbət yaponiyalı komediya aktyoru Kazuhiko Kasakodan gedir.

Aktyor leopard və ilan naxışlı paltarda gülməli klip çəkdirib. Özünəməxsus rəqsi ilə rəng verdiyi klipin geniş populyarlıq qazanacağını isə ağlına belə gətirməyib. 45 saniyəlik mahnı qısa müddət ərzində "You Tube"də 155 milyondan çox insan tərəfindən izlənilib.

Klip ABŞ-da ən çox dinlənilən mahnıların sıralandığı “Billboard Hot 100” listinə daxil olub. Bununla da "Bilboard Hot 100" siyahısına daxil olan ən qısa mahnı olaraq adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.