16 sentyabr 2025 13:53
253

SOCAR qadın əməkdaşlarını “Qızım mühəndis olacaq” şüarı ilə bir araya gətirib

SOCAR müxtəlifliyin və inklüzivliyin dəstəklənməsi ənənəsini davam etdirir. Bu çərçivədə fərqli sahələrdə çalışan şirkətin qadın əməkdaşları və onların mühəndislik ixtisasına qəbul olunmuş qız övladlarını bu il də “Qızım mühəndis olacaq” şüarı ilə bir araya gətirib.

Bu təşəbbüs qadınların mühəndislik sahəsində daha fəal iştirakı, onların peşəkar inkişaf imkanlarının genişləndirilməsi və gələcək nəsil qadın mühəndislərin yetişdirilməsinə dəstək məqsədilə həyata keçirilir.

SOCAR bu yolda addımlayan gənc xanımların parlaq gələcəyinə inanır, onlara gələcək fəaliyyətində uğurlar arzulayır.

İştirakçılar:

Tünzalə Hüseynova (Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi), qızları Ləman Hüseynova (ADA Universiteti, Kompüter elmləri) və Ayan Hüseynova (ADA Universiteti, Kompüter elmləri)

Gülər İsmayılova (Neft Kəmərləri İdarəsi), qızı İlkin İsmayılova (Bakı Ali Neft Məktəbi, Kimya mühəndisliyi)

Sevda Ələkbərova (İnformasiya Texnologiyaları və Rabitə İdarəsi), qızı Süsən Ələkbərova (ADNSU, Kompüter elmləri)

Lalə Babaşirinova (“Abşeronneft” NQÇİ), qızı Leyla Babaşirinova (Bakı Mühəndislik Universiteti, İnformasiya texnologiyaları)

Tamara Cəfərova ("Neftqaztikinti" Tresti), qızı Ayan Cəfərova (Milli Aviasiya Akademiyası, Aerokosmik mühəndislik)

İlhamə Rəhimova (“Azəriqaz” İB), qızı Lalə Kərimova (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq-şəhərsalma)

Orxan Vahidoğlu, "İki sahil"