25 avqust 2025 09:17
95

Qırğızıstanda itkin düşən iranlı alpinistlərin axtarışları dayandırılıb

Qırğızıstanın Qələbə zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışları dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bütün əməliyyat-axtarış tədbirləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.