25 avqust 2025 08:48
92

BMT: Qəzzada ərzaq böhranı “fəlakətli” həddə çatıb

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn Qəzza zolağındakı vəziyyəti “fəlakətli” adlandırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində danışıb.

"Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı var, insanlar aclıqdan ölür", – deyə Makkeyn bildirib.

Onun sözlərinə görə, ÜƏP Qəzzanın ehtiyac duyduğu ərzaqları təmin edə biləcək ən böyük və yeganə təşkilatdır, lakin humanitar səylər İsrailin hərbi əməliyyatları ilə əngəllənir.

Qeyd edək ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar təşkilatlar və BMT agentliklərindən ərzaq yardımı dayandırılıb.