ABŞ səfiri Makrona məktub yazıb: Fransada hər gün küçələrdə yəhudilərə hücum olur

25 avqust 2025 03:30
370

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.

“İki sahil” xəbər verir ki, səfir məktubda Fransada antisemitizmin kəskin artmasından narahat olduğunu yazıb.

Kuşner bildirib ki, Fransada hər gün küçələrdə yəhudilərə hücum olur, sinaqoqlar, məktəblər və ya yəhudilərə məxsus bizneslər vandalizm aktına məruz qalır.

Bundan əvvəl İsrailin Parisdəki səfiri Coşua Zarka deyib ki, Fransadakı yəhudilər özlərini təhlükəsiz hiss etmirlər.