25 avqust 2025 01:58
129

“Spiegel”: Almaniya 1990-cı illərdə Rusiyanın NATO-ya daxil olmasına qarşı çıxıb

Rusiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsi 1990-cı illərdə fəal müzakirə olunurdu, lakin bu ideya Avropa ölkələrinin, xüsusən də Almaniyanın kəskin etirazı ilə qarşılandı.

“İki sahil” xəbər verir ki, bu məlumatı Almaniyanın “Spiegel” nəşri 1994-cü ilin məxfi sənədlərinə istinadla yayıb.

Qeyd olunur ki, ABŞ-ın prezidenti Bill Klinton Rusiyanı alyansa qəbul etməyə ciddi sadiq idi və bu məsələni o zaman Rusiya dövlətinin başçısı olmuş Boris Yeltsinlə müzakirə edib.

“ABŞ prezidenti həm də avropalı müttəfiqlərinin sərt müqaviməti ilə üzləşib. Söhbət Rusiyanın NATO-ya üzvlüyü məsələsinə gələndə Almaniya hökuməti qətiyyətlə çıxış edirdi”, - məlumatda deyilir.