Moldova özünün ilk milli təyyarəsini istehsal edib.
“İki sahil” xəbər verir ki, Moldova Mülki Aviasiya Administrasiyasının yaydığı məlumata görə, bu ölkədə tam yığılmış “Vans RV-7A” təyyarəsi sınaq uçuşlarını reallaşdırıb. Bu, ölkənin aviasiya sənayesi üçün tarixi məqamdır.
Təyyarənin təqdimatında Moldova Prezidenti Maya Sandu da iştirak edib.
“Vans RV-7A” təyyarəsi kommersiya məqsədləri olmayan idman, istirahət və şəxsi təlim uçuşları üçün nəzərdə tutulub.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək