24 avqust 2025 15:44
167

“Sədərək”də baş vermiş yanğının söndürülməsinə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası cəlb olunub - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.