23 avqust 2025 19:10
101

Niderland kralı dörd nazirin istefasını qəbul edib

Niderland kralı Villem-Aleksandr İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı fikir ayrılıqlarına görə “Yeni İctimai Saziş” (YİS) partiyasının istefa verən dörd nazir vəzifəsini icra edən üzvünün və dörd dövlət katibinin istefasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə kral evinin bəyanatında deyilir.

“Cümə günü, avqustun 22-də axşam Əlahəzrətə Baş nazir vəzifəsini icra edən Dik Shoof məlumat verdi ki, Nazirlər Kabinetinin iclasından sonra YİS partiyasından olan üzvlər dərhal istefalarını istəyiblər. Nazirlər Kabinetinin rəhbərinin tövsiyəsi ilə Kral elə həmin gün hökumətin bu üzvlərinin istefasını qəbul edib”, - sənədin mətnində deyilir.

Qeyd edək ki, istefa verən nazirlər arasında krallığın Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Kaspar Veldkamp da var.