Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə İordaniya Kralı II Abdullah avqustun 26-27-də Qazaxıstana rəsmi səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) məlumat yayıb.
Bildirilib ki, Astanaya səfər zamanı ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə Qazaxıstan-İordaniya əməkdaşlığının daha da gücləndirilməsi üçün yüksək səviyyəli danışıqlar aparılacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”