23 avqust 2025 09:50
104

Orban Trampa Ukraynadan şikayət edib - FOTO

“Macarıstan Ukraynanı elektrik enerjisi və neftlə təmin edir, bunun müqabilində bizi neftlə təmin edən kəməri bombalayır” deyib.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Rusiya neft obyektinə zərbə endirməsi nəticəsində Macarıstan və Slovakiyaya neft axınının dayandığını ilə bağlı ABŞ prezidenti Donald Trampa yazdığı məktubda qeyd edilib.

Orban, hücumu “çox düşməncəsinə hərəkət” kimi qiymətləndirib.

Tramp da öz növbəsində Orbana əlyazma notu göndərib. ABŞ prezidenti yazıb: "Viktor, mən bunu eşitməyi xoşlamıram; buna görə çox qəzəblənirəm". Qeyddə Tramp “Slovakiyaya de ki, mənim çox yaxşı dostumsan” sözlərini yazıb.

Orban qeydin fotosunu tərəfdarlarından ibarət Facebook qrupunda paylaşıb.

Xatırladaq ki, avqustun 13-də və 19-da Rusiyanın Tambov vilayətində neft nasos stansiyasına iki dəfə Ukrayna pilotsuz təyyarələri tərəfindən hücum edilib, “Drujba” kəməri sıradan çıxıb. Bu səbəbdən Rusiyanın iki Aİ və NATO üzvü olan Macarıstan və Slovakiyaya neft axını dayandırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”