19 avqust 2025 22:56
92

Danışan foto: Qalib Lider və Avropa siyasi elitasının çöküşü

Son günlər Rusiya-Ukrayna müharibəsinin sona şatmsı üçün aparılan diplomatic danışıqlar intensivləşib. Rusiya prezidenti Putinin Alyaskaya səfəri və ABŞ dövlət başçıı Donald Trampla görüşündən sonra Ukrayna Zelenski prezidenti və Avropa liderlərinin Vaşinqtona səfəri dünya mediasının bir nömrəli gündəm mövzusudur. ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi siyasət nəticəsində bütün diqqətlər Ağ Evə yönəlib. ABŞ və Ukrayna prezidentləri arasında keçirilən görüşdən sonra daha bir maraqlı formatda görüş baş tutdu. Belə ki, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri arasında yüksəksəviyyəli görüşlər keçirildi.  Görüşdə NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubb iştirak ediblər.

Tramp görüş zamanı ABŞ-ın koordinasiyası əsasında Ukrayna üçün təhlükəsizlik təminatının müzakirə edildiyini açıqlayıb. O, bu barədə ABŞ Prezidenti “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. O bildirib ki, hər kəs Rusiya ilə Ukrayna arasında sülhün mümkünlüyündən çox məmnundur.

“Görüşlərin sonunda mən Prezident Putinə zəng etdim və onunla Zelenski arasında müəyyən ediləcək görüşün təşkilinə başladım. Həmin görüş baş tutandan sonra mənim iştirakımla üçtərəfli görüş olacaq. Bu, dörd ildir davam edən müharibəni bitirmək üçün çox yaxşı addımdır. Vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff Rusiya və Ukrayna ilə koordinasiya aparırlar”, - deyə Tramp bildirib. O, qeyd edib ki, bəzi Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin təcili şəkildə sona çatması ilə bağlı mənimlə eyni fikrə malik deyillər. Onun sözlərinə görə, Ağ Evdə görüş zamanı Avropa liderlərindən biri bir-iki ay sonra yenidən görüşməyi tövsiyə edib. Tramp kimin haqqında danışdığını açıqlamayıb. Görüş və onun nəticələri ilə bağlı tərəflər arasındam üzakirələr davam edir. Bu görüşdə diqqət çəkən məqam liderlərin görüşü zamanı əyləşmə forması, daha doğrusu ABŞ Prezidentinin Avropa liderlərinə münasibəti olub. Görüş zamanı liderlərin əyləşmə forması social şəbəkələrdə dəd geniş müzakirə predmetinə çevrilib. Şəbəkə istifadəçiləri yayılan fotoları Avropa gücünün dağılması, çöküşü kimi qiymətləndirirlər. Avropa liderlərinin Trampın qarşısında aciz vəiyyətdə, az qala boy sırası ilə düzülməsi, müəllimi dinləyirmiş kimi ABŞ dövlət başçısının keçdiyi master-klassa qulaq asması köhnə qitənin rəzil durumda olmasının, çöküşünün göstəricisidir. Dünyada hərbi-siyasi gərginliyin maksimum həddə çatdığı, yeni dünya nizamının formalaşdığı bir zamanda qlobal güc mərkəzləri arasında kəskin rəqabətin yaşanır. Belə bir vəziyyətdə Avropa İttifaqı qlobal güc mərkəzi statusunu itirərək Ağ Ev liderinin kecdiyi dərsi dinləmək məcburiyyətindədir. Avropada dünya arenasında müstqəil siyasət apara bilən, xalqının və dövlətinin maraqlarını ləyaqətlə qoruya bilən lider çatışmazlığı var. Bu gün Avropa siysi elitası böhran içindədir, lider çatışmazlığı yaşanır. Dünya siyasətində belə liderlərə hörmət etmirlər. Hörməti ləyaqətli siyasət həyata keçirən, sözünün ağası olan, sözü imzası qədər dəyərli olan, etimad, etibar qazanan, xalqının maraqlarının müdafiəsindən bir addım da olsa geri çəkilməyən, heç kimdən asılı olmayaraq müstəqil siyasət həyata keçirən liderlərə hörmət edirlər. Dünya avqustun 8-də Ağ Evdə ABŞ Prezidentinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərdiyi hörmətin şahidi oldu. Prezident İlham Əliyevin  ABŞ-a səfəri  həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində də  xüsusi əhəmiyyət kəsb etdi. Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən səfər zamanı aparılan danışıqlar çərçivəsində münasibətlərimiz keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Avropa liderlərini qarşısına düzüb onlara dərs keçən Donald Tramp Prezident İlham Əliyevlə Oval Ofisdə yanaşı əyləşərək qalib Liderə hörmətini bütünü dünyaya göstərdi. İki Lider yanaşı əyləşərək bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşdırdıqlarını ortaya qoydular. Donald Trampın Prezident İlham Əliyevin Şuşa Qlobal Forumundakı çıxışını öz sosial şəbəkə hesabında iki dəfə paylaşması Azərbaycan Liderinə ehtiramın göstəricisidir.

Prezident İlham Əliyevin liderliyi, strateji baxışı, siyasi uzaqgörənliyi, milli maraqarlarımızın qorunmasında ortaya qoyduğu qəti, ardıcıl və prinsipial  mövqe Ona və lideri olduğu Azərbaycan dövlətinə dünyada böyük nüfuz və hörmət qazandırıb.

Anar Miriyev, “İki sahil”