22 iyul 2025 19:44
112

Şimali Makedoniyada meşə yanğınları

Şimali Makedoniyanın bir neçə bölgəsində meşə yanğınları baş verib.

“İki sahil” xəbər verir ki, ötən sutka ərzində müxtəlif yerlərdə 38 yanğın qeydə alınıb. Onlardan 27-si söndürülüb, 5-i nəzarət altına alınıb, 6-sı isə hələ aktivdir. Ümumilikdə 32 hektardan çox ərazinin yandığı bildirilir.

Ölkə ərazisində havanın temperaturu 35-42 dərəcə arasında dəyişir. Anomal istilərlə bağlı əhaliyə xəbərdarlıq edilib.

Şimali Makedoniyada baş verən meşə yanğınlarının Qərbi Balkan regionunda müşahidə edilən isti hava şəraiti ilə bağlı olduğu bildirilir.