“Black Sabbath” qrupunun solisti, hard-rok janrının simvolu və musiqi tarixinin ən mübahisəli simalarından biri olan Ozzi Osborn 76 yaşında dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, sənətçi ailəsinin əhatəsində vəfat edib.
“Bu səhər sevimli Ozzi Osborn bizi tərk etdiyi xəbərindən sonra yaşadığımız kədəri sözlə ifadə etmək mümkün deyil. O, ailəsinin yanında idi və sevgi ilə əhatələnmişdi. Xahiş edirik, bu çətin anlarda şəxsi məkanımıza hörmətlə yanaşasınız”, – deyə ailəsinin “The Guardian” nəşrinə verdiyi bəyanatda qeyd olunub.
Ölümündən qısa müddət əvvəl Osborn “Black Sabbath”ın üzvləri ilə yenidən bir araya gələrək 2005-ci ildən bəri ilk dəfə Birminqemdə vida konserti vermişdi.