25 iyun 2025 12:04
121

İspaniya alyansın yeni “baş ağrısına” çevrilib - "Politico"

İspaniya müdafiə xərclərinin ÜDM-in 5%-ə qədər artırılması tələbinə istisna axtarmaq niyyətinə görə NATO-da tənqid olunub. Ölkə alyansın yeni “baş ağrısına” çevrilib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, vaxtilə Kanada NATO-nun ən böyük “baş ağrısı” olub.

Nəşrin istinad etdiyi NATO diplomatları və rəsmilərinin fikrincə, Madridin mövqeyi alyansın digər üzvlərinə qarşı ədalətsizdir.

Bundan əvvəl Madridin NATO ilə İspaniyanı hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaq öhdəliyindən azad etmək barədə razılığa gəldiyi bildirilirdi.