Ukrayna və Rusiya arasında atəşkəs haqqında memorandum layihələri ilə bağlı fikir mübadiləsi aparılmır.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə gprə hazırda tərəflər humanitar sazişlərin icrasını tamamlayır.
“Hazırda ikinci raundda əldə olunmuş humanitar razılaşmaların icrası tamamlanır və bundan sonra davam etmək üçün tarixləri müəyyən etmək vaxtı gələcək”, - deyə, Kreml nümayəndəsi jurnalistlərə bildirib.